Messidən “siftə”
22.07.2023 - 10:06

Lionel Messi “İnter Mayami”də debüt edib.
Apasport.az saytının məlumatına görə, argentinalı ulduz “Krus Asul”la matçın iştirakçısı olub.
O, Liqa kubokunun qrup mərhələsinin görüşündə əvəzetmədən meydana çıxıb. Messi ilə birlikdə oyuna daxil olan Serxi Buskets də debütünü qeyd edib.
Argentinalı hücumçu 90+4-cü dəqiqədə cərimə zərbəsindən qol vurub. Debütdəki qol onun komandasına 2:1 hesablı qələbə qaandırıb.
Qeyd edək ki, ötən mövsümü PSJ-də keçirən ulduz ABŞ təmsilçisinə azad agent statusu ilə keçib.
- Bundesliqa: Turun son matçında qalib müəyyənləşmədi
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- PSJ "Fənər"lə razılaşıb: Şkrinyar İstanbula gəlir
- "Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb
- Zidan "Mançester Yunayted"lə bağlı qərarını verdi
0
0