Messinin atası Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır?
12.01.2023 - 22:52
![Messinin atası Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır?](https://ww3.apasport.az/storage/news/2023/january/12/big/63c057bb7c59c63c057bb7c59d167354975563c057bb7c59863c057bb7c59a.jpg)
Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqlar aparır.
Apasport.az xəbər verir ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada oğlunun mövsümə təxminən 300 milyon avro maaş ala biləcəyini göstərən müqavilə ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.
0
0