Messinin durumuna aydınlıq gəldi
28.11.2022 - 12:49
![Messinin durumuna aydınlıq gəldi](https://ww3.apasport.az/storage/news/2022/november/28/big/63847644cb27963847644cb27a166962541263847644cb27663847644cb278.jpg)
Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi MLS klubu “İnter Mayami”yə keçməyəcək.
Apasport.az saytı xəbər verir ki, bunu ulduz futbolçunun nümayəndəsi Marselo Mendez açıqlayıb.
O bildirib ki, 35 yaşlı ulduz futbolçunun MLS təmsilçisinə transfer olunacağı ilə bağlı xəbərlər şayiədir: “Messi “İnter Mayami”yə keçəcək? Bu yalandır, şayiədir. Lionelin gələn mövsüm “İnter Mayami”yə transferi ilə bağlı heç bir danışıq aparılmır”.
Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 19 oyunda 12 qol vurub, 14 məhsuldar ötürmə verib.
0
0