Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”
09.02.2025 - 22:21
Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”

"Şok içindəyik. Bəziləri hər halda bunu gözləyirmiş".

Bu sözləri Türkiyə Super Liqasının XXIII turu çərçivəsində yarıda saxlanılan "Qalatasaray" - "Adana Dəmirspor" matçından sonra ev sahiblərinin vitse-prezidenti Metin Öztürk deyib.

İş insanı bu məsələnin qısqanclıq səbəbindən yaşandığını bildirib:

"Artıq tvitlər atılmağa başlanıb, deməli, belə bir hal yaşanacağını əvvəlcədən bilirdilər. "Adana Dəmirspor"dan açıqlama gəlmədən, digər tərəfdən açıqlamalar gəldi. Deməli, hazırlıq edirmişlər. Bu gün yaşanılanları bütün avropada görəciyik. Bəli, qısqanılırıq, üst-üstə üçüncü çempionluğumuza çox az qalıb. Onlar çox geridə qaldılar, çarəsizdirlər, nə edəcəklərini bilmirlər. Bunu qəbul edirəm. Bu da onların günahıdır, Düzgün bir idarəetmə seçsəydilər belə hallar yaşanmazdı. Adanadan gələn futbolsevərlər var. Qürur duyduq. Hər iki tərəfin futbolçularını görürsünüz, gənclər istəyirdilər ki, görüş davam etsin. O uşaqlar sabah Süper Liqada başqa klublarda oynayacaqlar, haqsızlıq deyilmi? "Adana Dəmirspor"a qarşı ilk dəfədi haqsızlıq olunur? Hər haqsız penaltidən sonra komandalar meydandan çəkilsə, 4-cü həftədə liqa bitər".

Qeyd edək ki, "Adana Dəmirspor" 33-cü dəqiqədə meydandan çəkilib. Həmin vaxt hesab 1:0 "Qalatasaray"ın xeyrinə olub.