Miçel yenidən “Olimpiakos”da
21.09.2022 - 14:34
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Olimpiakos”un baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan klubunun mətbuat xidməti açıqlayıb.
Pirey təmsilçisini Miçel Qonsales çalışdıracaq. 59 yaşlı mütəxəssis 2013-15-ci illərdə də “Olimpiakos”a rəhbərlik edib.
“Real” və İspaniya millisinin sabiq futbolçusu Yunanıstan klubunu 91 matça çıxarıb. Bu oyunlarda 65 qələbə qazanan pireylilər 11 heç-heçə edib və 16 dəfə uduzub.
Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da baş tutacaq.
- “Fənərbaxça”dan Aktürkoğluna növbəti təklif: “Benfika”dan rədd cavabı
- Rəşad Sadiqov: "Millinin baş məşqçisinə hər zaman təzyiq olacaq, çünki..." - Müsahibə
- I Liqa klubuna texniki məğlubiyyət verilib
- “Neftçi”nin gənc qolkiperi "Qarabağ"ın radarına düşüb
- Millinin baş məşqçisinə DÇ-2026-ya qədər etimad
0
0