“Milan” “Çelsi” ilə danışıqlara başladı
23.05.2023 - 09:31
![“Milan” “Çelsi” ilə danışıqlara başladı](https://ww3.apasport.az/storage/news/2023/may/23/big/646c4fb8c4c6e646c4fb8c4c6f1684819896646c4fb8c4c6c646c4fb8c4c6d.webp)
“Çelsi”nin futbolçusu Rubern Loftus-Çik karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Milan”a keçə bilər.
27 yaşlı ingiltərəlinin transferi ilə bağlı danışıqlar başlayıb. Futbolçunun özü də İtaliyada oynamaq arzusundadır.
Loftus-Çik cari mövsümdə 31 oyun keçirib. Onun hesabında 2 assist var.
Qeyd edək ki, Rubenin transfer dəyəri 25 milyon avro ilə dəyərləndirilir.
0
0