“Milan” İngiltərədən hücumçu alır
19.10.2022 - 16:47
![“Milan” İngiltərədən hücumçu alır](https://ww3.apasport.az/storage/news/2022/october/19/big/634ff1fa6fcba634ff1fa6fcbb1666183674634ff1fa6fcb0634ff1fa6fcb8.gif)
Hücumçu axtarışında olan “Milan” Armando Broyanı heyətinə qatmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu futbolçu üçün təklif hazırlayıb.
Milanlılar hücumçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara başlayacaq. Bu, 2023-cü ilin əvvəlinə planlaşdırılıb.
Qeyd edək ki, albaniyalı forvard cari mövsümün 10 oyununda 1 qola imza atıb.
0
0