“Milan” onunla danışıqları yekunlaşdırdı
10.04.2023 - 14:06
![“Milan” onunla danışıqları yekunlaşdırdı](https://ww3.apasport.az/storage/news/2023/april/10/big/6433d05c10b6d6433d05c10b6e16811172766433d05c10b6b6433d05c10b6c.png)
“Milan” Olivye Jiru ilə müqaviləni artıracaq.
Apasport.az saytı xəbər verir ki, İtaliya klubu 36 yaşlı fransızla danışıqları müsbət yekunlaşdırıb.
Hücumçu ilə mövsümün sonunda bitəcək müqavilənin müddəti 1 il uzadılacaq. Jiru 2021-ci ildən formasını geyindiyi “Milan”da 3,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, forvard bu mövsüm 36 matçda rəqib qapılarından 12 top keçirib.
0
0