“Milan” Belçika millisinin üzvünü transfer edə bilər.
Apasport.az saytı xəbər verir ki, italyanlar “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansı gözaltı edib.
Komandanın icraçı direktoru Giorgio Furlani futbolçunun agenti Peter Smitslə danışıqlara başlayıb. Görüşmələrin müsbət yöndə davam etdiyi və 26 yaşlı Tilemansın yaxın günlərdə “Milan”la müqavilə imzalayacağı bildirilir.
Son mövsümdə 37 oyuna çıxan Yuri 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Roma", "Aston Villa" və "Qalatasaray"ın da maraq dairəsində olan futbolçunun ingilislərlə müqaviləsi bu ayın sonunda başa çatır.
- PFL rəsmisi Konfrans Liqasına təyinat aldı
- Millimizin baş məşqçisi: “Əsas məqsədimiz qrupdan çıxmaqdır”
- AMADA "Böyük Dəbilqə" turnirində maarifləndirici təbliğat proqramı təşkil edib
- Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ
- Xulian Alvarez: "Atletiko" üçün əla şeylər edəcəyinə inanıram"