"Milan" "Yuventus"la matça ciddi itki ilə çıxacaq
03.01.2025 - 14:49
!["Milan" "Yuventus"la matça ciddi itki ilə çıxacaq](https://ww3.apasport.az/storage/news/2025/january/03/big/6777c104bc63a6777c104bc63b17359014446777c104bc62e6777c104bc639.jpg)
"Milan" İtaliya Superkubokunun yarımfinal görüşü çərçivəsində "Yuventus"la üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, "qırmızı-qaralar" matça ciddi itki ilə çıxacaq. Portuqaliyalı vinger Rafael Leao əzələ zədəsi səbəbindən komandaya kömək edə bilməyəcək.
"Yuventus" - "Milan" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:00-da Səudiyyə Ərəbistanında "Əl-Avval Park" stadionunda baş tutacaq.
Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0