
“Milan” yeni baş məşqçisi Massimiliano Alleqrinin rəhbərliyi ilə “Bayer Leverkuzen”dən Qranit Cakanı heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “La Qazetta Del Sport” məlumat yayıb.
Başa çatan mövsümü uğursuz keçirən İtaliya təmsilçisi “Real Madrid”dən azad agent kimi ayrılan Luka Modriçlə razılıq əldə etdikdən sonra diqqəti “Bayer”də oynayan 32 yaşlı isveçrəli yarımmüdafiəçiyə yönəldəcək.
2023-cü ilin yayında “Arsenal”dan Leverkuzen təmsilçisinə qoşulan Qranit Cakanın komandası ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, bu mövsüm "Milan"da 49 matça çıxan futbolçu 2 qol və 7 məhsuldar ötürməyə imza atıb. Həmçinin isveçrəli oyunçu ötən mövsüm komandası ilə Bundesliqa çempionu olub.