“Milan”dan Ramos həmləsi - PSJ-yə rəsmi təklif göndərildi
25.06.2026 - 23:58
“Milan” Qonsalu Ramoşun transferi üçün hərəkətə keçib.
Apasport.az xəbər verir ki, İtaliya nəhəngi PSJ-yə portuqaliyalı hücumçu ilə bağlı rəsmi təklif göndərib.
İnsayder Fabritsio Romanonun məlumata görə, Milan təmsilçisi hazırda futbolçunun özü və meneceri ilə şəxsi müqavilə şərtlərini müzakirə edir. Bununla yanaşı, 25 yaşlı forvardın transferi uğrunda mübarizədə digər klublar da iştirak edir.
Qeyd edək ki, Qonsalu Ramoş 2023-cü ildə “Benfika”dan PSJ-yə keçib. O, ötən mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 42 matçda 19 qol vurub.
- Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb
- Asensio “Real”dan gedəcək
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
- XXX turun hakim təyinatları müəyyənləşdi
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
0
0