“Milan”ın Pioli qərarı
22.10.2022 - 22:54
“Milan” baş məşqçi Stefano Pioli ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 57 yaşlı çalışdırıcının qalmasının tərəfdarıdır.
Bu üzdən italiyalıya yeni müqavilə təklif ediləcək. “Rossonyerlər” hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər olan Piolinin anlaşmasını daha bir il uzatmaq üçün onunla danışıqlar aparacaq.
Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm İtaliya çempionu olub.
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
- Dmitri Nazarov: “Azərbaycan yığmasındakı həmin oyunu unuda bilmirəm”
- Millinin Gürcüstanla oyunlar üçün heyəti AÇIQLANIB
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi
0
0