“Milan”ın qapıçısı 2 ildən sonra meydana dönür
20.10.2023 - 11:23
“Milan”ın qapıçısı Antonio Mirante 2 ildən sonra meydana çıxacaq.
Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper A seriyanın 9-cu turunun “Yuventus”la qarşılaşmasında “rossonyeri”nin qapısını qoruyacaq.
“Qara-qırmızılar”ın əsas qapıçısı Mayk Menyan cəzalı, digər qolkiperi Marko Sportiello zədəli olduğu üçün İtaliya derbisində iştirak etməyəcəklər. Bu üzdən Mirantenin oynaması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Mirante sonuncu dəfə 2021-ci il mayın 6-da “Roma” formasıyla “Mançester Yunayted”ə qarşı görüşdə iştirak edib.
- Safi məşqçi namizədini açıqladı: Antonio Konte
- "Qarabağ" 1/8 finalda "Bayer"lə qarşılaşacaq - YENİLƏNİB
- “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı dəqiqləşdi
- Azərbaycan Güləş Federasiyasının nümayəndələri Astarada olublar
- Azərbaycan Ağırlıqqaldırma Federasiyası bölgələrdəki idman məktəblərinə dəstək
0
0