Milik “Yuventus”dan ayrıla bilər
13.09.2026 - 16:50
“Yuventus”un hücumçusu Arkadiuş Milik karyerasını Avropadan kənarda davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ klublarından biri polşalı forvardın xidmətində maraqlıdır.
Milik hazırda Turin klubunun planlarında yer almır və “Yuventus” onun satışına müsbət yanaşır.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2023-cü ilin yayından “Yuventus”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyununun sonuna qədər qüvvədədir.
0
0