Millətlər Liqasına Polşada start
01.06.2022 - 09:45
![Millətlər Liqasına Polşada start](https://ww3.apasport.az/storage/news/2022/june/01/big/6296fd34d0c0e6296fd34d0c0f16540623886296fd34d0c0c6296fd34d0c0d.webp)
Bu gün Millətlər Liqasında 2022/23 mövsümünə start veriləcək.
Apasport.az saytının məlumatına görə, turnirin ilk günündə bir matç baş tutacaq.
İyunun 5-də DÇ-2022-nin pley-offunun final matçına çıxacaq Uels yığması bu üzdən Millətlər Liqasına erkən başlayacaq. Britaniyalılar səfərdə Polşa ilə üz-üzə gələcək.
Bu matç A liqasında baş tutacaq. 4-cü qrupda yer alan komandaların digər rəqibləri Belçika və Niderlanddır.
⚽ 20:00. Polşa - Uels
0
0