Millətlər Liqasının final turnirinin yeri dəqiqləşdi
29.11.2022 - 13:35
![Millətlər Liqasının final turnirinin yeri dəqiqləşdi](https://ww3.apasport.az/storage/news/2022/november/29/big/6385d278a42f96385d278a42fa16697145526385d278a42f76385d278a42f8.jpeg)
Millətlər Liqasının final turnirinin yeri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Qurumun İcraiyyə Komitəsi turnirin Niderlandda keçirilməsinə qərar verib. A liqasının qrup qalibləri Rotterdam və Enshede şəhərlərindəki matçlarda mübarizə aparacaq.
Yarımfinal 2023-cü il iyunun 14-15-də, 3-cü yer və final oyunları 18-də keçiriləcək. Yarımfinalın püşkü yanvarda atılacaq.
Qeyd edək ki, final turnirində Niderland, Xorvatiya, İtaliya və İspaniya mübarizə aparacaq.
0
0