Albaniya milli komandasının yeni baş məşqçisi açıqlanıb.
Apasport.az saytı Albaniya Futbol Federasiyasına istinadən xəbər verir ki, braziliyalı mütəxəssis Silvinyo millinin baş məşqçisi təyin edilib.
Tam adı Silvio Mendes Kampos Junior olan məşqçi ilə AVRO-2024-ün sonuna qədər nəzərdə tutulan 18 aylıq müqavilə imzalanacaq. Silvinyonun köməkçiləri isə həmyerlisi Dorival Quidoni və argentinalı Pablo Zabaleta olacaq.
Federasiyadan verilən açıqlamada yanvarın 9-da yeni məşqçi heyəti ilə müqavilə imzalanacağı bildirilib
Qeyd edək ki, braziliyalı məşqçidən öncə Albaniya milli komandasını italiyalı Edoardo Reya çalışdırırdı.
- “Şamaxı” azarkeşləri avrokuboklara yollanmaq istəyirlər - FOTO
- 53 illik həsrət bitdi - “Nyu York Niks” çempion!
- Yüksək Liqa: “Baku Fire” və “Araz-Naxçıvan”dan darmadağın
- “İnter” braziliyalı müdafiəçi ilə yeni müqavilə imzalayacaq
- U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb