İngiltərə millisinin və “Mançester Siti”nin futbolçusu Cek Qriliş idman rejimini pozur.
Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.
O, spirtli içkilərdən yararlandığını etiraf edib: “Hərdən gəzməyi və özümü rahat hiss etməyi sevirəm. Yalan danışmayacam və deməyəcəm ki, heç hara getmirəm. Mənası nədir? Hər gün səhər 8-dən idman zalında olduğumu və buna görə yaxşı oynadığımı demək məntiqsizdir. Amma bu, belə deyil. Arabir içməyi və dostlarımda gəzməyi sevirəm. Bu, tam normal bir şeydir”.
Qeyd edək ki, “Mançester Siti”nin əsas heyət üzvü olan Cek mövsümün 45 matçında 5 qol və 11 asssitə imza atıb.
- "Kəpəz" "Qarabağ"ın qapıçısını transfer etmək istəyir
- "Betis"in hücumçusu ərəblərin diqqətində
- Van de Bek üçün 15 milyonluq təklif
- "Real" və "Arsenal" İspaniya millisinin üzvü üçün mübarizə aparacaq
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ