Millidə vida
17.05.2023 - 13:24
![Millidə vida](https://ww3.apasport.az/storage/news/2023/may/17/big/64649d43047d064649d43047d1168431545964649d43047ce64649d43047cf.jpg)
“Sevilya”nın futbolçusu Andres Quardado Meksika millisindəki karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 2005-ci ildən formasını geyindiyi yığmadan getməyə qərar verib.
Quardado millidə 179 oyun keçirib. O, beş dəfə dünya çempionatının iştirakçısı olub.
Qeyd edək ki, Andresin yığmadakı son oyunu DÇ-2022-nin qrup mərhələsində baş tutub. O, Argentina ilə matçda (0:2) forma geyinib.
0
0