Millimizin qapıçısı "Barselona"da!
11.08.2024 - 00:21
Futbol üzrə 21 yaşlılardan ibarət milli komandamızın qapıçısı Eldar Tağızadə İspaniyada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, "Barselona" "Luqo"da çıxış edən 21 yaşlı qolkiperi transfer edib.
Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan U-21 milli komandasının üzvü İspaniya təmsilçisi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalayıb.
Eldar Tağızadə "Barselona"nın B komandasında çıxış edəcək.
- Gəncədə minifutbol turniri keçirilib - FOTO
- Hüseyn Məhəmmədov: "Samir Abasov futbolçularını lazımi səviyyədə hazırlayacaq"
- AVF prezidenti Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb
- “Fənərbaxça”dan 40 milyonluq həmlə: Premyer Liqadan transfer hədəfi
- Rusiya millisi DÇ-yə buraxıldı: Bayraq və himnə icazə
0
0