Millimizin üzvü oynadı, komandası qələbə qazandı
25.11.2024 - 09:38
![Millimizin üzvü oynadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/november/25/big/67440e3f4b9b567440e3f4b9b6173251334367440e3f4b9b367440e3f4b9b4.jpg)
Albaniyada ölkə çempionatında 14-cü turun bir sıra oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Biliş”in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Millimizin üzvü 83-cü dəqiqədə meydana çıxıb.
Hazırda "Eqnatiya" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0