![Millinin baş məşqçisi ilə yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2022/september/28/big/6333d5de7b7ec6333d5de7b7ed16643414706333d5de7b7e96333d5de7b7eb.jpg)
Argentina Futbol Federasiyasının (AFA) prezidenti Çiki Tapia baş məşqçi Lionel Skaloninin uzun müddət postunda qalacağını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Yamayka ilə keçirilən yoldaşlıq görüşündən (3:0) sonra çalışdırıcının yeni müqaviləyə qol çəkdiyi bildirilib.
Tapia tvitter səhifəsi vasitəsilə 44 yaşlı mütəxəssisin daha 4 il milliyə rəhbərlik edəcəyini yazıb: “Qürur duyuram ki, Lionel Skaloni ilə 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər Argentina yığmasının baş məşqçisi postunda qalması ilə bağlı razılığa gəldik”.
Qeyd edək ki, Skaloni 2018-ci ilin avqustundan Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda ötən il Amerika Kubokunun qalibi olub.