Millinin futbolçusunun evində yanğın
18.10.2023 - 13:34
Dortmund "Borussiya"sında çıxış edən Türkiyə millisinin futbolçusu Salih Özcanın evində yanğın baş verib.
Apasport.az xəbər verir ki, yanğın futbolçunun Almaniyadakı mənzilinin terrasında başlayıb.
Hadisədən gec xəbər tutulduğu üçün yanğın genişlənib. 25 yaşlı futbolçu yanğında heç kimə zərər dəymədiyini açıqlayıb: "Vəziyyətimiz yaxşıdır, şükürlər olsun ki, yalnız maddi ziyan dəyib. Əsas odur ki, heç kim zərər görməyib".
Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ildən Türkiyə millisinə çağırılır.
- Azərbaycan millisi AVRO-2023-ə qələbə ilə start götürdü - YENİLƏNİB
- Azər Məmmədov: “Transferlərimizdən narazılığımız yoxdur”
- Tahir Baxşıyev: “Müdafiə üzərində işləyəcəyik”
- Okan Buruk: “Birdən-birə kimsə zəng edir və komanda meydançadan çəkilir”
- Yevgeni Kukseviç: “Meydanda görəcəyimiz işlər maraqlıdır”
0
0