Millinin qapıçısı klubunu dəyişdi
09.08.2023 - 16:11
“Arsenal”ın qapıçısı Mett Terner komandasını dəyişib.
Apasport.az saytının məlumatına görə, ABŞ yığmasının üzvü “Nottinhem Forest”ə keçib.
29 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Mett 2027-ci ilədək Nottinhem təmsilçisində çıxış edəcək.
Keçid 7 milyon funt sterlinqə gerçəkləşib. “Arsenal” bonus kimi daha 3 milyon qazana bilər.
Qeyd edək ki, Terner ötən ilin yayında “Arsenal”a keçmişdi.
- Türkiyədə döyülən hakimə növbəti hücum: Ərəbləri də çilədən çıxardı
- “Ferensvaroş”un futbolçusu: "Qarabağ" itkilərlə də çox yaxşı komandadır"
- İkardi “Qalatasaray”dan ayrıla bilər
- Dünya çempionatı Bakıda keçiriləcək
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
0
0