Mişel Platini 3 əfsanənin adını açıqladı
14.03.2023 - 17:01
UEFA-nın sabiq prezidenti Mişel Platini Fransa futbolunun ən yaxşı triosunu açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, “Qızıl top”un üçqat qalibi özünü, Zinəddin Zidanı və PSJ-nin hücumçusu Kilian Mbappeni ölkəsinin əfsanəsi hesab edir.
24 yaşlı forvardın çox sürətli və hər iki ayağı ilə oynamaq bacarığına malik olduğunu deyən 67 yaşlı Platini Mbappenin Fransa üçün dəyərli futbolçu olduğunu bildirib: “Kilianın göstərdiyi oyun və əldə etdiyi nəticələr inanılmazdır. O, hücumçu doğulub. Çox sürətlidir və hər iki ayağı ilə möhtəşəm oynayır”.
- ÇL: “Araz-Naxçıvan” Niderland çempionu ilə qarşılaşacaq
- Federasiya prezidenti idmançılarla görüşüb
- "Qalatasaray"ın sabiq idman direktoruna Azərbaycanda vəzifə verilib
- Denis Marandiç: "Böyük qürurla müqavilə müddətimi uzatdım"
- Şəhid övladları və Bakı-İstanbul liseyinin şagirdləri üçün stadion turu - FOTO - VİDEO
0
0