MLS-də çempion bəlli oldu - VİDEO
11.12.2023 - 13:53
![MLS-də çempion bəlli oldu - VİDEO](https://ww3.apasport.az/storage/news/2023/december/11/big/6576dc00d833c6576dc00d833d17022883846576dc00d833a6576dc00d833b.jpg)
Futbol üzrə ABŞ çempionatında (MLS) qalib bəlli olub.
Apasport.az xəbər verir ki, “Kolombus Kryu” ölkə çempionu adını qazanıb.
Pley-offun finalında Ohayo ştatının təmsilçi “Los Angeles”i 2:1 hesabı ilə məğlub edib. Matçda ev sahibi komandadan Hernandes və Yeboah, qonaqlardan isə Buanqa fərqlənib.
Qeyd edək ki, bu həm də “Kolombus Kryu” komandasının MLS-də 3-cü çempionluğudur. Buna qədər ohayolular 2008 və 2020-ci illərdə ölkə kubokunu başı üzərinə qaldırmağı bacarıb.
0
0