Modriç Benzemanı ötdü
09.02.2025 - 11:40
![Modriç Benzemanı ötdü](https://ww3.apasport.az/storage/news/2025/february/09/big/67a85c28641ed67a85c28641ee173908688867a85c28641eb67a85c28641ec.webp)
“Real” İspaniya La Liqasının XXIII turunda “Atletiko” ilə heç-heçə edib – 1:1.
Apasport.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Luka Modriç bu görüşdə meydana çıxmaqla derbidə 40-cı oyununu keçirib.
Xorvatiyalı oyunçu legionerlər arasında ən çox Madrid derbisində iştirak edən futbolçu olub.
Bundan əvvəlki rekord 39 oyunla Kərim Benzemada idi.
0
0