![Modriç millidə qalır](https://ww3.apasport.az/storage/news/2022/september/20/big/632984b8cef46632984b8cef471663665336632984b8cef41632984b8cef44.webp)
“Real”ın futbolçusu Luka Modriç Xorvatiya millisindəki çıxışını davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, bunu yığmanın həkimi Zoran Baxtiyaroviç açıqlayıb.
O bildirib ki, 37 yaşlı yarımmüdafiəçi AVRO-2024-də də millidə çıxış edəcək: “30 il böyük müddətdir. Luka və digər yaşlı oyunçular yığmadan gedəndə millidən getməyi planlaşdırırdım. Modriç AVRO-2024-dək qalmağa qərar verdi. Bunu gözləmək çətindir. Məşqçi ilə danışmışam ki, Qətərdə qazanılacaq medalın birini mənim üçün saxlasın”.
Qeyd edək ki, 1992-ci ildən Xorvatiya yığmasının həkimi olan Baxtiyaroviç bundan sonra UEFA-nın tibbi şöbəsinin rəhbəri olacaq.