Montella ilə müqavilə yeniləndi - RƏSMİ
30.06.2025 - 15:37
Montella ilə müqavilə yeniləndi - RƏSMİ

Vinçentso Montellanın taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Onunla müqavilə müddəti yenilənib.

Bu gün İtaliyalı mütəxəssis üçün imza mərasimi təşkil olunub.

Onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Montella 2023-cü ilin sentyabr ayından Türkiyə yığmasını çalışdırır.