Vinçentso Montella Türkiyə milli komandasının tarixinə düşüb.
Apasport.az xəbər verir ki, italiyalı çalışdırıcı "ay-ulduzlular"ı final mərhələsinə çıxaran ilk əcnəbi mütəxəssis olub.
Buna qədər həmin uğura ancaq yerli mütəxəssislər nail olub. Belə ki, Türkiyə milisi 6-cı dəfə Avropa çempionatının final mərhələsinə çıxıb və qazanılan 5 vəsiqədən 3-ü Fatih Terimin adıyla bağlı olub - 1996, 2008, 2016. Mustafa Dənizli (2000) və Şenol Günəş (2020) isə hərəyə 1 dəfə millini final mərhələsinin iştirakçısı edib.
Xatırladaq ki, Montella bu ay milliyə baş məşqçi təyin olunub və səfərdə Xorvatiyanı 1:0, evdə Latviyanı 4:0 məğlub edərək 2 matçda da qol buraxmadan qalib gəlib.
- III MDB Oyunları zamanı azarkeşlər üçün fan zonalar qurulacaq
- Taekvondoçularımız açıq Niderland çempionatında mübarizə aparacaq
- Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb
- "Kəpəz"ə yeni avtobus təhvil verildi
- Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə