Montelladan iddialı mesaj - "Nəhayət oyun günü gəldi"
20.06.2026 - 06:36
Montelladan iddialı mesaj - "Nəhayət oyun günü gəldi"

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Paraqvayla keçiriləcək dünya çempionatı matçından əvvəl fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının qarşılaşmaya tam kökləndiyini bildirib:

"Nəhayət oyun günü gəldi. Uzun bir həftə keçdi. Çox danışdıq. Meydana çıxmaq üçün çox motivasiyalıyıq. Komanda diqqətini tam oyuna yönəldib və birlik içindədir. Dünya çempionatında matçların əksəriyyəti çətin keçir. Oyunların çoxu balanslı olur, bu gün də belə bir qarşılaşma gözləyirəm".

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunun II turunda bu gün Paraqvayla üz-üzə gələcək. Türkiyə ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Paraqvay isə ABŞ-yə 1:4 hesabı ilə uduzub. Buna görə də hər iki komanda üçün bu görüş böyük əhəmiyyət daşıyır.