
İspaniyalı futbolçu Alvaro Morata klubunu dəyişməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, Madrid “Atletiko”sunun şərəfini qoruyan 30 yaşlı hücumçu yenidən İtaliyaya qayıtmaq istəyir.
İki dəfə (2014-16 və 2020-22-ci illər) “Yuventus”un formasını geyinən Morata indi də “Roma” klubunda çıxış etmək arzusundadır. Paytaxt klubunun baş məşqçisi Joze Maurinyo ilə danışan ispaniyalı futbolçu transferə razılıq verib.
“Atletiko” ilə daha bir illik müqaviləsi olan hücumçunun keçidinin yaxın günlərdə reallaşacağı bildirilir.
Qeyd edək ki, son mövsümdə Madrid klubunun heyətində 45 oyuna çıxan Alvaro 15 qolla yadda qalıb.
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- “Mançester Yunayted”in seriyası 25-ə çatdı
- Taekvondoçularımız “Turkish Open”də 5 medal qazanıblar
- Ölkəmizdə keçiriləcək dünya çempionatının vaxtı bəlli olub
- Azərbaycan minifutbol çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib