Mourinyo onu da göndərir
14.07.2025 - 20:50
“Fənərbaxça” futbolçusu Miha Zayç ilə vidalaşmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin Portuqaliyadakı təlim-məşq toplanışına aparılmayan yarımmüdafiəçi gələcək mövsüm üçün kollektivdə düşünülmür.
İddiaya görə, 31 yaşlı sloveniyalı oyunçu Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə şəxsi razılıq əldə edib.
O, ötən mövsümü icarə əsasında Fransa “Tuluza”sında keçirib.
Qeyd edək ki, Miha Zayç 2019-cu ildən “Fənərbaxça”da çıxış edir.
- Millimizin üzvü: "Hədəflərim arasında ən birincisi Avropada oynamaqdır" - Müsahibə
- Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO
- Nuri Şahin Bundesliqadakı məşqçilik karyerasına qələbə ilə başlayıb
- Bakıda sprint yarışı başa çatıb - YENİLƏNİB
- Vitali Borisov: “Səfərdə çətin olacaq”
0
0