Mourinyo "Qalatasaray" derbisi barədə: "Hər matç bizim üçün önəmlidir"
29.03.2025 - 00:36
Türkiyə Super Liqasının 29-cu həftəsində "Fənərbaxça" səfərdə "Bodrum"u 4:2 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in qollarını Milan Şkrinyar, Oğuz Aydın, Sebastian Şimanski və Anderson Talişka vurub.
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo qələbəni belə dəyərləndirib:
"Hər matç bizim üçün önəmlidir. "Qalatasaray"la qarşılaşma tək oyun olacaq. Belə matçlar hər zaman önəmlidir. Turu keçsək, yarımfinala yüksələcəyik və final üçün mübarizə aparacağıq. Olduqca əhəmiyyətli matçdır”.
Qeyd edək ki, "Fənərbaxça" xallarını 65-ə yüksəldib.
- Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli oldu
- Mahirə 43 dəqiqə bəs etdi: YENİ KOMANDASINDA VOLEYBOL HESABI
- “Yuventus” Paredes transferi üçün futbolçu satır
- "Siti" "Bavariya"nı böyük hesabla yendi, "İnter" Lissabonda qələbəyə sevindi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0