Mourinyo "Tottenhem"in futbolçusunu istəyir
18.10.2024 - 11:52
İspaniya millisinin sabiq üzvü, “Tottenhem”in müdafiəçisi Serxio Reqilon karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Apasport.az AS-a istinadən xəbər verir ki, “Fənərbaxça” ispaniyalı futbolçunu almaq istəyir. Onun transferində komandanın baş məşqçisi Joze Mourinyo şəxsən maraqlıdır.
27 yaşlı müdafiəçinin klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir və onun bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.
Reqilon İngiltərə çempionatının ötən mövsümündə 25 matçda iştirak edib, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə millisinin futbolçusuna hücumda şübhəli bilinən 5 nəfər həbs edilib - YENİLƏNİB
- "Fənərbaxça"nın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub
- “Qarabağ”la “Neftçi” “bolşevik”, “Zirə” “menşevik”
- PFL və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib
- Həvəskarlar Liqasının qalibi müəyyən oldu
0
0