Mundiallarda ilk
29.07.2023 - 17:26
Qadın futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Erve Renar tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis həm kişilərin, həm qadınların dünya çempionatında qələbə sevinci yaşayan ilk baş məşqçi olub.
Onun yetirmələri Avstraliya və Yeni Zelandiyadakı mundialın ikinci turunda Braziliyanı məğlub edib – 2:1. 54 yaşlı mütəxəsis DÇ-2022-də Səudiyyə Ərəbistanının baş məşqçisi kimi Argentina üzərində qələbəyə şahid olub. Həmin qarşılaşmada da 2:1 hesabı qeydə alınıb.
Qeyd edək ki, Fransa millisi iki oyundan sonra 4 xalla F qrupunun lideridir.
- "Real"dan skandal Arda Güler qərarı
- “Qarabağ” və “Neftçi”nin oyunlarının hakimləri bəlli oldu
- Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
- “Qarabağ”ın rəqibindən tarixi nəticə
0
0