Musa Qurbanlının komandası finalda məğlub oldu
01.05.2024 - 22:00
![Musa Qurbanlının komandası finalda məğlub oldu](https://ww3.apasport.az/storage/news/2024/may/01/big/66329dcf8d64966329dcf8d64a171459323166329dcf8d64766329dcf8d648.webp)
Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” İsveç kubokunun finalında “Malmö” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Qurbanlının komandası 11 metrlik zərbələrdə yalnız 1 dəfə dəqiq olaraq, 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Musanın adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmaq şansı qazanmayıb.
0
0