“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Almaniya Superkubokunda Dortmund “Borussiya”sına qarşı oynamayacaq.
Apasport.az xəbər verir ki, Münhen klubunun baş məşqçisi Vensan Kompani bunu oyunöncəsi mətbuat konfransında açıqlayıb.
Belçikalı mütəxəssis 23 yaşlı futbolçunun qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyəcəyini bildirib. Musiala bu həftə fərdi məşqlərini davam etdirəcək.
Kompani futbolçunun son iki yoxlama matçında huşunu itirməsinin müalicə prosesində edilən dəyişikliklə əlaqəli olduğunu bildirib. Baş məşqçinin sözlərinə görə, “Bavariya” Musialanın vəziyyətindən ötən mövsümdən xəbərdardır və məsələ həkimlərin nəzarətindədir.
Qeyd edək ki, Musiala “Leyptsiq” və “Haydenhaym”la yoxlama görüşlərində huşunu itirib. Daha sonra Almaniya millisinin üzvü bunun nevroloji disfunksiya ilə bağlı olduğunu açıqlayıb.
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Ayxan Abbasov: “Belə oyunlarda ikinci qol lazım olur”
- "Turan Tovuz" Özbəkistan klubu ilə qarşılaşacaq
- Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib
- Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib