Nani Avstraliya klubunda
12.07.2022 - 11:16

Məşhur portuqaliyalı futbolçu Nani karyerasını Avstraliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi “Melburn Viktori” ilə müqavilə imzalayıb.
Mövsümöncəsi hazırlıq keçən komandaya yaxın günlərdə qoşulacaq Nani həmin anı səbirsizliklə gözlədiyini açıqlayıb: “Bu çağırış mənim üçün maraqlı gəldi. Gördüklərimə əsasən, bu komanda liqanın ən yaxşısıdır və azarkeşlər tribunadakı ab-havanı Avropadakından pis etmirlər”.
Qeyd edək ki, Nani “Venesiya”dan ayrıldığı üçün “Melburn Viktori”yə azad agent kimi keçib.
- Qadın cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına qatılıblar
- İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başlayıb
- "Neftçi"nin futbolçusu: "Ağrılarım yoxdur" – MÜSAHİBƏ
- “Premyer Liqada qalib olmaq Çempionlar Liqasını qazanmaqdan çətindir”
- "İnter"in yeni transfer hədəfi: Markus Reşford
0
0