"Napoli" braziliyalının transferini açıqlayıb
25.01.2026 - 15:27
İtaliyanın "Napoli" komandası "Verona"nın hücumçusu Giovanenin transferini rəsmən elan edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Transferin "Napoli"yə 2 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, Giovane cari mövsüm "Verona"nın heyətində A Seriasında 21 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.
- Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
- Qurban Qurbanov: “Bəzi risklərə getməliyik”
- Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi
- Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
- “Barselona”nın 174 milyonluq planı - Holand
0
0