“Napoli” “Fənərbaxça”dan futbolçu aldı
27.07.2022 - 15:19
![“Napoli” “Fənərbaxça”dan futbolçu aldı](https://ww3.apasport.az/storage/news/2022/july/27/big/62e11e8044f4f62e11e8044f50165892057662e11e8044f4c62e11e8044f4e.jpg)
“Fənərbaxça”nın futbolçusu Kim Min Cenin “Napoli”yə keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
25 yaşlı cənubi koreyalı ilə 3 illik müqavilə imzalanıb. Onun keçidi 20 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, ötən mövsüm 39 oyun keçirən müdafiəçi 1 qol vurub.
0
0