“Napoli”nin baş məşqçi planı
10.10.2023 - 10:01
“Napoli” baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İtaliya klubu bu vəzifəyə Antonio Konteni gətirmək istəyir.
Neapollular indiki çalışdırıcısı Rudi Qarsiya ilə vidalaşmaq niyyətindədir. Klubun prezidenti Aurelio de Laurentis Konte üçün böyük vəsait xərcləməyə də razıdır. “Marsel”in sabiq çalışdırıcısı İqor Tudor da neapolluların namizədləri siyahısında yer alıb.
Qeyd edək ki, Konte “Sevilya”nın baş məşqçisi postuna da namizəddir.
- Ronaldonun komandası AFC Çempionlar Liqasından kənarda qaldı
- Fransa millisinin sabiq məşqçisi dünyasını dəyişib
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- İspaniya millisinin üzvləri cəzalandırılıb
- “Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb
0
0