Nəriman oynadı, komandası məğlub oldu
03.05.2026 - 12:26
Nəriman oynadı, komandası məğlub oldu

ABŞ-da MLS-in XI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kryu” öz meydanında “Minnesota” ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Axundzadə bütün qollar artıq vurulduqdan sonra oyuna 81-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, “Kolambus Kryu” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu yerdə qərarlaşıb.