“Nəticələrə görə mən cavabdehəm”
30.12.2023 - 09:43

Klub prezidenti azarkeşlərdən üzr istəyib.
Apasport.az xəbər verir ki, "Napoli" prezidenti Aurelio De Laurentis komandanın “Monza” ilə (0:0) oyunundan sonra açıqlama verib.
74 yaşlı funksioner bütün məsuliyyətin ona aid olduğunu bildirib: “Bu mənim səhvimdir. Qeydə alınan nəticələrə görə futbolçular və məşqçilər məsuliyyət daşımır, bu mənim günahımdır. “Napoli” azarkeşlərindən üzr istəmək istəyirəm. Yanvarda yeni oyunçular almaqla vəziyyəti yaxşılaşdıracağıq”.
Qeyd edək ki, 18 matçdan sonra 28 xala malik olan “Napoli” hazırda turnir cədvəlinin 7-ci pilləsində yer alır.
- PSJ-dən “Yuventus”a rest: O icarəlik deyil
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşdi
- 5 karateçimiz Yunanıstana gedir
- Branimir Subaşiç: "Azərbaycanda futbol da var, futbolçular da"
0
0