Neymar yenə zədələndi
17.04.2025 - 11:58
"Santos"un hücumçusu Neymar Braziliya A Seriyasının IV turunda "Atletiko Mineyro" ilə matçda meydanı tərk etmək məcburiyyətində qalıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu start heyətində meydana çıxsa da, zədə səbəbindən 34-cü dəqiqədə əvəzlənib.
Ulduz forvardın zədəsinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil.
Neymar martda Braziliya millisinin təlim-məşq toplanışına da zədə səbəbindən qatıla bilməmişdi.
Qeyd edək ki, bu mövsüm braziliyalı bütün turnirlərdə 11 matça çıxıb, 3 qol vurub və 3 asist edib.
- Filip Ozobiçin durumuna aydınlıq gəldi
- “Neftçi” Azərbaycan kubokunun yarımfinalında
- Ramiz Məmmədov: “100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik” – OFSAYD
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Dünya çempionatının və Azərbaycan Kubokunun oyunları bu kanallarda
0
0