Neymarın taleyinə AYDINLIQ GƏLDİ
24.06.2025 - 18:44
Neymarın taleyinə AYDINLIQ GƏLDİ

"Santos"la müqaviləsi başa çatan Neymarın taleyinə aydınlıq gəlib.
 
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu yetirməsi olduğu klubla sözləşməni yeniləyəcək.

Müqavilənin bu həftə rəsmiləşməsi gözlənilir. Yeni anlaşma 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq.

Bildirilir ki, forvard tezliklə komanda ilə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Neymar “Santos”a bu ilin qışında azad agent kimi qoşulub.