Niderlandlı futbolçu “Leypsiq”də - RƏSMİ
09.04.2025 - 01:23
Almaniya Bundesliqası təmsilçilərindən "Leypsiq" yeni transferini ictimaiyyətə bildirib.
Apasport.az xəbər verir ki, komanda, hazırda Belçikanın "Loven" klubunda çıxış edən niderlandlı futbolçu Ezekil Banzuzini transfer edib.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Banzuzi yeni komandasına yayda qoşulacaq.
Tərəflər arasında razılaşmaya əsasən, "Leypsiq" oyunçu üçün qarşı tərəfə 16 milyon avro ödəməli olacaq.
- “Zirə” Türkiyədən “sülh”lə qayıdır - YENİLƏNİB
- Riçard Almeyda: “Başımızı dik tutmalı, irəli baxmalıyıq”
- Millimizin sabiq forvardı: “Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır”
- İdman gimnastikası üzrə Dünya kubokunun ikinci günü başa çatıb
- Qış Olimpiya Oyunları: Təşkilat Komitəsi qüsurlu medallarla bağlı açıqlama yayıb
0
0