“Nitsa”nın forvardı Türkiyə yolunda
15.06.2025 - 23:27
"Nitsa"nın hücumçusu Evan Qessand karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" Qessand üçün Fransa klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, oyunçu "Nitsa"nın yetirməsidir.
Futbolçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 13 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"
- Azərbaycan İdman Akademiyasının komandası çempion olub
- ÇL: “Qarabağ” qələbə qazandı CƏFƏRQULİYEV ƏN YAXŞISI SEÇİLDİ
- Dembele millinin düşərgəsini tərk edib
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."
0
0