Norveçdə çempion müəyyənləşdi
13.11.2023 - 11:34
![Norveçdə çempion müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2023/november/13/big/6551c289b08476551c289b084816998570336551c289b08456551c289b0846.jpg)
Norveçdə 2023-cü il mövsümünün çempionu bəlli olub.
Apasport.az xəbər verir ki, “Bodo Qlimt” sona iki tur qalmış qızıl medalları təmin edib.
Bu, 28-ci turun “Olessund”la matçında rəsmiləşib. 1:0 hesablı qələbə qazanan “Bodo Qlimt” xallarının sayını 67-yə çatdırıb.
Qeyd edək ki, çempionun ən yaxın izləyicisi “Brann” 58 xala malikdir. “Tromse”nin 57, “Vikinq”in 55 xalı var. “Qarabağ”ın rəqibi “Molde” 47 xalla 5-cidir.
0
0